XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2017 - 16:02

Səməd Seyidov Serbiyaya gedib –Səbəb

Milli Məclisin deputatı, AŞPA monitorinq komitəsinin Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov Belqrada gedib.

O,  Finlandiyadan olan digər həmməruzəçi Mariya Quzenina ilə birlikdə iyulun 18-dən 21-dək Serbiyada səfərdə olacaq.

Belqrad, Buyanovats və Preşevoya səfərləri çərçivəsində həmməruzəçilər Serbiyanın AŞPA qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi gedişini öyrənəcəklər.

Həmməruzəçilər həmçinin Serbiya rəsmiləri və bu ölkənin QHT və KİV nümayəndələri ilə bir sıra görüşlər keçirəcəklər/Report.