XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2017 - 16:24

Sumqayıtda kanalizasiya sistemində faciə –Quyuya düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb

Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.

Məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.   

Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Sumqayıt şəhər Səhiyyə İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Onlardan ikisinin vəziyyəti ağırdır.