"Mən Gürcüstan hökumətindən Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı heç bir tələb almamışam".
Bunu Tiflisdə jurnalistlərə Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.
“Biz Gürcüstan hökuməti ilə effektiv əlaqələrə sahibik. Kiyev Tiflisdən ekstradisiya ilə bağlı heç bir sorğu almayıb. Bu məsələnin gündəmə gəlməsi Gürcüstan tərəfindən asılıdır”, – deyə, o, bildirib/Axar.az.