XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

18 İyul 2017 - 20:15

Türkiyə Rusiyadan borc pul alacaq –S-400 raket sisteminin alınması üçün

“Çox guman ki, Türkiyə S-400 raket sisteminin alınması üçün lazım olan vəsaitin bir qismini Rusiyadan borc alacaq”.

TASS-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə MAKS-2017 aviasalonunda verdiyi müsahibədə “Rostex”in Baş direktoru Sergey Çemezov deyib.

O bildirib ki, texniki məsələlərin müzakirəsi yekunlaşıb: “Lakin sirf inzibati məsələlərin müzakirəsi tələb olunur. Məsələnin maliyyə tərəfinə gəlincə, Türkiyə hökuməti bizim Maliyyə Nazirliyi ilə danışıqlar aparır. Məbləğin bir hissəsini onlar özləri tapacaq, qalan hissəsini isə borc kimi alacaqlar”.

Report