XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2017 - 23:37

“Ümid edirəm ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməyi bacaracaq” –Əbülfəs Qarayev

“Ezamiyyətlə bağlı Gürcüstana gəlmişəm. Tbilisidə oyun olduğunu bildikdən sonra bu matçı qaçırmamaq qərarına gəldim".

Bunu "Qarabağ" komandasının Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə cavab oyununu tribunadan izləyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev azərbaycanlı jurnalistlərlə söhbət zamanı deyib.

Nazir bildirib ki, Bakıda "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşan ilk matça da baxıb:

“Qarabağ”ın böyükhesablı qələbəsindən sonra sevincimizin həddi-hüdudu yox idi. “Qarabağ” həmin görüşdə yüksək səviyyəli komanda olduğunu sübut etdi. Hazırda izlədiyim oyundan da ləzzət alıram, baxımlı hücumlar qurulur. Ümid edirəm ki, ilk dəfə Çempionlar Liqasının qrupuna düşməyi bacaracağıq. Bundan sonra müasir Azərbaycan futbolunun tarixində yeni səhifə açılacaq. Futbol Azərbaycanda sevilən oyundu, dövlət tərəfindən bu oyuna qayğı göstərilir. Bircə arzum odur ki, komandanın tərkibində azərbaycanlı futbolçuların adına daha çox rast gələk. Azərbaycandan olan futbolçuların öz oyunları ilə dünyaya səs salmalarını istəyirik".

Ə.Qarayev heç bir futbol komandasına azarkeşlik etmədiyini də vurğulayıb:

"Hansısa komandaya azarkeşlik etdiyimi deyə bilmirəm. Xaricdə baş tutan maraqlı oyunları stadiondan izləməyə çalışıram. Həmişə alman futbol məktəbinə üstünlük vermişəm. Hesab edirəm ki, bu, dünyada ən yaxşı futbol məktəblərindən biridir. Keçmişdə idman və turizm naziri olduğumu nəzərə alsaq, Azərbaycan futbolunun inkişaf etməsini istəyirəm. Bundan sonra da komandalarımızın daha yaxşı oyun nümayiş etdirəcəyinə ümid edirəm".

Report