XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2015 - 06:27

“Biz orada 4 quyu qazmaq istəyirdik…” – Xoşbəxt Yusifzadə

“Xilasedici gəmilərdə bir dəyişiklik edilməlidir”.

Bunu ANS-ə müsahibəsində SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, layihələndirilmiş estakadalar bu hündürlüyə, yəni 13 metrəyə qədər hesablanmamışdı:

“Ondan sonra biz bu günə qədər nə iş görürüksə, 13 metrəni nəzərə alıraq estakadanı o hüdürlüyə qədər qaldırırıq. O vaxtdan etibarən bizdə belə bir hadisə olmayıb. İndi burda biz nəyin şahidi olduq. Külək 27 saat davam etdi. Məhz küləyin uzun bir müddət davam etməsi nəticəsində dalğanın hüdürlüyünün qalxdı. Nəticədə dalğanın hüdürlüyü 8-10 metrə çatdı. Bundan sonra biz fikirləşib bundan nəticə çıxarmalıyıq. Belə bir hadisənin bir daha baş verməməsi üçün layihələndirmə zamanı bu hal nəzərə alınsın. Bundan başqa . çünki, onlar xilasedici gəmidə bu küləkdə, bu dalğada suya düşsəydilər belə üzə bilməyəcəkdirlər”.

Onun sözlərinə görə, platformada 63 nəfərin olmasına səbəb var: “Biz orada əlavə olaraq daha 4 quyu qazımaq istəyirik. Ona görə orada həm tikinti işlərini aparanlar, həm də qazmaçılar vardı. Buna görə də onların sayı 63 -ə çıxmışdı. Əgər orada həm qazmaçılar, həm də tikintini həyata keçirənlər olamasa idi, əlbəttə, bu qədər adam olmayacaqdır”.