XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 17:10

Türkiyənin Jandarm və Sahil Təhlükəsizlik Akademiyasınakursant qəbuluna başlanılır

Türkiyənin Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına 2017/2018-ci tədris ili üçün kursant qəbuluna başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, müsabiqədə DİM tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış 17-20 yaş arasında olan Azərbaycan vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq Türkiyə tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı qrupa daxil olan namizədlər üçün minimum boy/çəki standartları – müvafiq olaraq 17 yaş üçün – 168 sm və 52 kq, 18 və yuxarı yaş qrupuna daxil olan namizədlər üçün minimum boy/çəki standartları – 169 sm və 54 – 74 kq arası), sağlamlıq, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan "Hərbi kursant ola bilər" qeyd olunmuş arayış alan, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan, nitqində hər hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayan namizədlər iştirak edə bilərlər.

Qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış 9 (doqquz) namizəd Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarında tibbi müayinələrə və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunur. Müvafiq yoxlamalardan keçmiş namizədlər Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 3 (üç) namizəd Türkiyə Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına təhsil almağa göndəriləcəklər.

Təhsil müddəti 4 ildir. 4 illik ali təhsildən öncə 1 il müddətində ingilis dilindən hazırlıq təlimi keçirilir. İngilis dilini müvafiq səviyyədə bilən kursantlar isə birbaşa I kursdan təhsilə başlayırlar. Kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunurlar.

Türkiyə Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan DİN-nin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər. Həmin şəxslərin ən azı 10 il müddətində DİN-nin Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir.