XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2017 - 17:50

Ermənistanda hərbçiminaya düşüb

İyulun 19-da Ermənistan silahlı qüvvələrində müqavilə əsasında xidmət edən hərbçilərdən biri minaya düşərək yaralanıb.

Bu barədə "Report" erməni KİV-lərinə istinadən xəbər verir.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, müqavilə əsasında N saylı hərbi hissədə xidmət edən hərbçi marşrutdan kənara çıxıb və baldırından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən hərbçiyə tibbi yardım göstərilib.

Hazırda hadisə yerində istintaq qrupu işləyir. Hadisənin təfərrüatları araşdırılır.