XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 11:11

UEFA Avropa Liqası:“Zirə” Rumıniyanın “Astra” klubunu qəbul edəcək

Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək.

Azərtac xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Astra” (Rumıniya) ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək matçı gürcüstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Georgi Vadaçkoria olacaq. Ona həmyerliləri Zaza Menteşaşvili və Giorgi Elikaşvili kömək edəcəklər. Dördüncü hakim funksiyasını Georgi Kikaçeişvili yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi estoniyalı Tarqo Kaldoya, hakim-inspektoru isə rusiyalı Sergey Zuyev olacaq.

“Zirə”-“Astra” oyunu saat 21:00-da başlayacaq.

Komandalar arasında bir həftə əvvəl Rumıniyada təşkil olunan birinci matçda “Astra” 3:1 hesabı ilə qalib gəlib.