XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 11:57

“Qarabağ” – “Şerif” matçının biletlərinin satışa çıxarılacağıtarix açıqlanıb

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" – "Şerif" (Moldova) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.

“Report”un məlumatına görə, azarkeşlər iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1 – 5 manat, VİP sektoruna isə 50 manatdir.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək "Qarabağ" – “Şerif" matçı saat 21:00-da başlayacaq.