XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 09:09

Sabah Bakıda dəyişkən, rayonlarda isə küləkli hava olacaq – Hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, paytaxtda mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 9-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.