XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 15:12

Rusiya XİN:“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı qeyri-dəqiqliyə yol verilib”

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşünün keçiriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Rusiya XİN rəsmi nümayəndəsinin müavini Artyom Kojin bildirib ki, bir müddət əvvəl "İzvestiya" qəzetində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün guya Moskvada keçirilməsi ilə bağlı yayılan məlumatla tanışdırlar.

“Biz bu məlumatla tanışıq. Həmin məlumatda prezidentlərin görüşü ilə bağlı qeyri-dəqiqliyə yol verilib. Bu qeyri-dəqiqliyə aydınlıq gətirmək istəyirik. "İzvestiya"da yayılan məlumatda Rusiya XİN-dəki mənbəyə istinadən rəsmi Moskvanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəyi bildirilib. Lakin bu məlumat həqiqətə uyğun deyil”, – deyə A. Kojin bildirib. (APA)