XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2017 - 18:33

Prezident İlham Əliyev Belçika kralına təbrik məktubu göndərdi –Mətn

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Əlahəzrət, Belçika Krallığının milli bayramı – Kralın Andiçmə Günü münasibətilə Sizi və Sizin simanızda bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".