XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 08:57

Deputatlar Ali Radanın tribunasını mühasirəyə alıblar

Картинки по запросу Арсений Яценюк

Nazirlər Kabineti 7,5 milyard qriveni oğurlamaqda ittiham olunur

Bu gün Ali Radanın tribunasını mühasirəyə almış Ukrayna xalq deputatları baş nazir Arseni Yatsenyukun vəzifədən sui-istifadəsi barədə məlumatı araşdırmaq üçün istintaq komissiyasının yaradılmasını tələb ediblər.

Strateq.az Ukrayna KİV-ə isnadən bildirir ki, deputat Yuri Levçenko plenar səhər iclasında çıxş edərkən deyib: “Biz Ali Radanın tribunasını mühasirəyə alacağıq və bu gün müvəqqəti istintaq komissiyasının yaradılması səsə qoyulmayınca heç kimi bu tribunaya buraxmayacağıq. Qoy komissiya qət etsin ki, bu məlumatlar yalandır, ya gerçək”.

Son məlumatlara görə, tribuna hələ də mühasirədədir, deputatlar yerlərindən çıxış edirlər, tələb edilən komissiya isə hələ də yaradılmayıb.

Xatırladaq ki, mart ayında Ukrayna Dövlət Müfəttişliyinin başçısı Nikolay Qordiyenko korrupsiya barədə bildirib. O, Nazirlər Kabinetini 7,5 milyard qriveni oğurlamaqda ittiham edib. Bundan sonra vəzifəsindən uzaqlaşdırlıb və onun fəaliyyətini araşdırmaq üçün hökumət komissiyası yaradılıb.