Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Günəşli” neft yatağında yanğın baş verən 10-cu dərin dəniz özülünə gedib.
Nazir əraziyə baxış keçirib, özüldə yanğının söndürülməsi, habelə hadisə nəticəsində itkin düşənlərin axtarışı tədbirləri ilə tanış olub.
SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerində yaradılmış operativ qərargahdadır.
apa.az