XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 14:07

“Qəbələ” komandasının Yunanstanda keçirəcəyi ilk oyunun vaxtı açıqlandı –UEFA


“Qəbələ” komandasının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində “Panatinaikos”la Yunanıstanda keçirəcəyi ilk oyunun başlama saatı açıqlanıb.

UEFA-nın rəsmi saytında bildirilir ki, iyulun 27-də Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu avqustun 3-də Bakıdakı "Bakcell Arena"da olacaq.