XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 19:23

Ədliyyə Nazirliyi:6300-dən artıq şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb 

Bu ilin birinci yarısında 6.320 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərin üzərindən əvvəllər qoyulmuş belə məhdudiyyət götürülüb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə nazirlikdə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə deyilib. Bildirilib ki,icrası təmin edilən işlərin sayı 54% artaraq 288 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib.

İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.304 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1.608 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 161 şəxs barəsində cinayət işi başlanılıb.