XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2017 - 12:05

“Qarabağ”-“Şerif” oyununu idarə edəcəkhakimlərin adları açıqlanıb

Ağdamın “Qarabağ” komandasının Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə ilk görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb.

“Report”un məlumatına görə, iyulun 25-də Bakıda keçiriləcək matç belaruslu ədalət təmsilçilərinə həvalə olunub.

Oyunun baş hakimi Sergey Tsınkeviçdir. Ona Yevgeni Romanovla Vitali Malyutsin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Şimusik yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da başlayacaq. Bu kollektivlər arasındakı cavab görüşü avqustun 1-də olacaq.