XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2017 - 15:14

AZAL keçirdiyi tenderin davamındanimtina edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 100 min ton “TS-1” markalı reaktiv aviayanacağın (DÜİST 10227-2013) alınması üçün keçirdiyi tenderin davamından imtina edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, iyulun 8-də elan edilmiş açıq tenderdə iştirak haqqı 500 manat idi.

Qeyd edək ki, tenderin davamından imtina “Dövlət satınalmaları haqqında” qanuna əsasən, tender təklifi vermiş iddiaçıların sayının 3-dən az olması ilə əlaqələndirilir. 

İddiaçılar tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını avqustun 18-nə qədər Heydər Əliyev Beynəlxalq Hava Limanına təqdim etməli idilər. Satın alınan malların mərhələlərlə aeroporta çatdırılması tələb olunurdu və ödəniş 2017-ci ilin sonuna qədər faktiki çatdırılmış reaktiv aviayanacağın həcminə əsasən həyata keçiriləcəkdi.