XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 19:30

Bakıda türk filmləri həftəsi başladı – Giriş pulsuzdur

Dekabrın 7-dən 12-dək Bakıda Türk filimləri həftəsi keçiriləcək. 

Strateq.az xəbər verir ki, bu gün Türkiyədən gələn kino sənətçilərinin və Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə həftənin açılış mərasimi olub.

Tədbirdə Türkiyənin keçmiş Mədəniyyət nazirinin müavini, hər iki ölkənin millət vəkilləri, mədəniyyət xadimləri, eləcə də kino mütəxəssisləri iştirak edib. 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA və Yunuz Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutan nümayişlərdə Azərbaycan kinosevərlərinə usta rejissorların 1970-ci və 2000-ci illərdə ərsəyə gətirdikləri əsərləri təqdim ediləcək. 

Türk filmləri həftəsi çərçivəsində “Park Sinema”da 8 bədii və 1 sənədli film nümayiş olunacaq. Tamaşaçılar həmin kinoların rejissoru və ssenari müəllifləri ilə görüşmək imkanı qazanacaqlar. Eyni zamanda imza günləri və kino dərsləri də keçiriləcək. 

Bu axşam ilk olaraq Osman Sınavın 2012-ci ildə çəkdiyi “Uzun hekayə” filmi nümayiş olundu. Bundan başqa, “İmam”, “Lal gecə”, “Selvi boylum al yazmalım”, “Mommo bacım”, “Gəlin”, “Kırımlı”, “Tunel” filmləri təqdim ediləcək. Bütün filmlərə giriş pulsuzdur.