XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2017 - 20:43

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib –FHN

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

 Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:15-də başa çatıb.