XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 10:34

Yanğına görə qəbul imtahanında iştirak edə bilməyən abituriyentlər üçün yeni tarix müəyyənləşdirilib –DİM

Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edə bilməyən abituriyentlər üçün qəbul imtahanının keçirilmə tarixi müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və məlum hadisə ilə bağlı təxliyə edilən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.

Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.