XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 09:42

Meteohəssas insanlara xəbərdarlıq – Sabahın hava proqnozu

Sabah Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, havanın temperaturu gecə 5-7, gündüz 7-9, dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-7 dərəcə isti, gündüz 8-13, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Dekabrın 9-10-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 9-da güclü xəzri küləyinin ayın 10-da gündüz arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizidir.