XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 19:23

DİN vətəndaşlara müraciət etdi:“Borclu şəxslərin axtarışı üçün yeni informasiya resursu yaradılıb”

Son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatlar əldə etmək üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciətlər daxil olur.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, nazirlik bununla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Bir müddət əvvəl mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədilə DİN-in rəsmi veb-saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb. Cari ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər. Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.