Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kadr dəyişikliyi baş verib.
Məlumata görə, komitə sədri Ramiz Həsənovun müvafiq əmri ilə Sabiq Abdullayev onun köməkçisi təyin olunub.
Qeyd edək ki, bundan öncə S.Abdullayev Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru olub.
Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumatı təsdiqləyib.
APA