XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2017 - 01:12

Ukraynanın Donbas bölgəsinə sülhməramlı kontingent göndəriləcək? –BMT-dən açıqlama

"BMT Ukraynanın Donbas bölgəsinə sülhməramlı kontingent göndərməyi planlaşdırmır".

Bunu BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib.

“Məlum olduğu kimi, biz “Normand dördlüyü”, üçtərəfli təmas qrupu və ATƏT-in səylərini dəstəkləyirik. Biz vəziyyəti yalnız diqqətlə izləyirik, hər hansı hazırlıq işləri görmürük. İstənilən qərar qəbul edildikdə bütün tərəflərin razılığı lazımdır. Hazırda BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır”, – deyə BMT rəsmisi jurnalistlərə açıqlamasında bildirib. 

APA