XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 11:15

Mikayıl Cabbarov 5 rayondan şikayətçi qəbul edəcək

Təhsil Naziri Mikayıl Cabbarov beş rayonun vətəndaşları ilə görüş keçirəcək.

Nazirlikdən verilən məlumata görə, Mikayıl Cabbarov 13 aprel 2015-ci il tarixində saat 11:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 7, 8, 9 və 10 aprel 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Strateq.az