XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 11:46

Baş Prokurorluq 1 yaşlı uşağın ölümü ilə bağlı açıqlama yaydı –Valideynlərə xəbərdarlıq

Baş Prokurorluq son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı övladlarının nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq vəfat etməsi hadisələrinin sayının artmasının ictimaiyyəti ciddi narahat etməsi ilə bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmtindən Strateq.az-a verilən məlumata görə, iyulun 22-də, saat 15 radələrində paytaxtın Binəqədi rayonunda, 2016-cı il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı anasının nəzarətsizliyi səbəbindən yaşadığı çoxmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilmiş və iyulun 24-də orada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.