XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 12:48

Tanınmış məhbuslar buraxılacaqmı? – Əfvlə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, dünəndən etibarən, Əfv Məsələləri üzrə Dövlət Komissiyası iclaslarına başlayıb. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində böyük əfv sərəncamının imzalanacağı gözlənilir.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Modern.az saytına növbəti açıqlamasında deyib ki, komissiyada intensiv iş gedir: 

“Bizim komissiyaya təqdim etdiyimiz ərizələrə baxılır. ümid edirik ki, siyahıdakı insanların hamısı tezliklə azadlıqlarına qovuşacaqlar”.

İşçi qrupunun digər üzvü Səadət Bənənyarlı da modern.az saytına Əfv Komissiyasına təqdim edilən siyahı üzrə ərizələrə baxıldığını qeyd edib: 

“İşçi qrupunun, monitorinq qrupunun təqdim etdiyi materiallar, sənədlər Əfv Komissiyasına çatdırılıb. Komissiyadan bizə bildirilib ki, mümkün qədər müraciətlər nəzərə alınacaq. İnşallah, ilin sonunda bir çox problemlərin həllinin şahidi olarıq”.

Hüquq müdafiəçisi “Rauf Mirqədirov, Leyla Yunus, İlqar Məmmədov, İntiqam Əliyev və bu qəbildən olan məhbusların azadlığına ümid edirsinizmi?” – sualını “ümid yaxşı şeydir, gözləyək”, – deyə, cavablandırıb.