XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 14:39

Yanğına görə imtahan verə bilməyən abituriyentlərə buraxılış vərəqəsi verilir –DİM

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün “imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, “İmtahana buraxılış vərəqəsi”ndə yeni imtahanın keçiriləcəyi yer, bina, vaxt və s. haqqında məlumatlarla tanış olmaq olar.

Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.