XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 13:05

SOCAR rəsmisi: “İtkin düşən neftçilərin tapılmaması halları da olub”

“İndiyədək dənizdə itkin düşən neftçilərin ümumiyyətlə, tapılmaması halları da olub“.

Bunu musavat.com-un sualını cavablandırarkən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib.

SOCAR rəsmisi qeyd edib ki, bu barədə dəqiq statistika olmasa da, indiyədək baş verən qəzalarda itkin düşən neftçilərdən tapılmayanlar da olub.

Qeyd edək ki, dekabrın 4-də “Günəşli” yatağında baş verən qəzada itkin düşən 32 neftçidən yalnız 6-nın cansız bədəni tapılıb.