XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 15:43

Qazaxıstanlı tələbələr itkin düşüb –Misirdə

Qazaxıstanlı tələbələr Misirdə itkin düşüb.

"RİA "Novosti”nin verdiyi məlumata görə, onların 22-24 yaşında olduqları bildirilir.

Qazaxıstan Universitetinin iki magistri dil kurslarında təhsil almaq üçün iyulun 11-də Qahirəyə gəlib.

Onlar həmin ali təhsil müəssisəsində təhsil alan dörd həmyerliləri ilə eyni mənzildə yaşayıblar.

İyulun 20-da tələbələrlə qohumları arasında əlaqə kəsilib.

Misirdəki qazaxıstanlı diplomatlar tələbələrin axtarışına başlayıb.

Qazaxıstanın Misirdəki səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək tələbələrin tapılmasına kömək edilməsini istəyib.

Tələbələrin yoxa çıxmaları ilə bağlı bir neçə versiya nəzərdən keçirilir.

APA