XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2017 - 15:58

Azərbaycanla Gürcüstan arasında sərhədin delimitasiyası… –Növbəti danışıqlar payızda başlayacaq

Azərbaycan və Gürcüstanın dövlət sərhədinin delimitasiya məsələləri ilə bağlı növbəti məsləhətləşmələr payızda Tbilisidə keçiriləcək.

Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Məsləhətləşmələr zamanı dövlət sərhədinin çəkilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi, razılaşdırılmamış məntəqələr üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə danışıqları bu il bitirmək niyyətindədir.