XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 13:26

Prokurorluq, gömrük və daxili işlər orqanlarının əməkdaşları haqda yenilik – Siyası baxışlarla bağlı qadağa olacaq

Azərbaycanın prokurorluq, gömrük və daxili işlər orqanlarında attestasiya olunan əməkdaşlarına siyasi baxışları və etiqadlarına görə qiymət verilməsi qadağan olunacaq.

Bununla bağlı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bu gün keçirilən iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna, “Gömrük orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də əlavələr müzakirəyə çıxarılıb.

Əlavəyə əsasən, attestasiya olunan hər üç orqanın əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. apa.az