XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2017 - 19:22

Prezident İlham Əliyev iki ölkənin liderinə məktub göndərdi –Mətn

Azərbaycan prezidenti İlham Əliyev bu gün Liberiya dövlət başçısı Ellen Conson-Serlifi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Strateq.az Azərtac-a istinadən həmin məktubu təqdim edir:

“Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm”.

*****

Bu gün prezident İlham Əliyev Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyumu da ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib:

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah diləyirəm”.