XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 12:40

FHN Bakıda daha bir Avropa oyunlarına hazırlıq müşavirəsi keçirdi

Sebail foto esas (1).JPG

Yarışlar zamanı potensial təhlükələr və qabaqlayıcı tədbirlərdən danışılıb

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 7 aprel 2015-ci il tarixində Səbail Rayon İcra Hakimiyyəti, FHN Dövlət Sularda Xilasetmə Xidməti və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Nazirliyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Oyunlarla bağlı Səbail rayonunda yeni idman obyektlərinin tikildiyini, eləcə də bir çoxunun əsaslı təmir olunduqdan sonra istifadəyə verildiyini, eləcə də rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını vurğulamışdır.

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışmışdır.

BAOƏK-in qrup meneceri Karin Halifa Təhlükəsizlik Departementinin fəaliyyəti, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə danışmışdır.

Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat vermişlər.

Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.