XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 23:02

Türkiyə təyyarəsi bomba xəbərinə görə təcili eniş edib –Əlcəzairdə

İstanbuldan Kasablankaya uçan "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə göyərtəsinə bomba qoyulması barədə xəbərə görə Əlcəzair hava limanına təcili eniş edib.

Bu barədə "Algerie Presse Service" məlumat yayıb.

Qeyd olunur ki, təyyarə yerə enən kimi sərnişinlər təxliyyə olunub.

Təyyarəni yoxlayan polis əməkdaşları göyərtədə hər hansı bir partlayıcı maddənin aşkar olunmadığını bildiriblər.

İnsident nəticəsində xəsarət alan olmayıb/Report.