XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 18:04

Zakir Həsənov Rusiyanın Azərbaycandakı səfirini qəbul etdi – Müzakirə

Bu gün Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüşüb.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilərək illik əməkdaşlıq planına əsasən, Müdafiə nazirlikləri nümayəndə heyətləri arasında keçirilən işçi görüşlərinin, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərləri və təlimlərinin də keçirilməsi qeyd olunub.
Səfir V.Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu Müdafiə nazirinə təqdim edib.