XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

26 İyul 2017 - 00:32

İran və Rusiya nüvə enerjisi üzrə əməkdaşlığı müzakirə ediblər –Moskvada görüş

İran Nüvə Enerjisi Təşkilatının (İNET) rəhbərinin müavini Bəhruz Kəmalvəndi Moskvafa “Rosatom” dövlət korporasiyasının rəhbərliyi ilə danışıqlar aparıb.

Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.   

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Bəhruz Kəmalvəndi “Rosatom”un baş direktoru Aleksey Lixaçov və onun müavini, korporasiyanın beynəlxalq fəaliyyət blokunun direktoru Nikolay Spasski ilə görüşüb. B.Kəmalvəndi “IRNA-ya “Buşəhr” AES-nin 1 saylı enerji blokunun istismarına dair əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.

B.Kəmalvəndi İranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə bağlanan saziş üzrə bütün tərəflərin üzərilərinə götürdükləri öhdəlikləri icra edəcəklərinə ümidvar olduğunu qeyd edib.   

İNET rəhbərinin müavini həmçinin  Rusiya maliyyə nazirinin müavini Sergey Storçak ilə də görüşərək, iki ölkə arasında əməkdaşlığın “yol xəritəsi”ni müzakirə ediblər.  

Qeyd edək ki,  “Buşəhr” AES-nin 1 saylı enerji bloku 2016-cı ildə tamamilə İranın istismarına verilib. Razılaşmaya əsasən, “Rosatom” birinci bloka texniki xidmət göstərməkdə və onu nüvə yanacağı ilə təmin etməkdə davam etdirir.