XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 18:50

“Çox təəssüflər olsun ki,..” – SOCAR-dan itkin işçilər haqda daha bir açıqlama

“çox təəssüflər olsun ki, bugünkü axtarışlar heç bir nəticə verməyib. Axtarışlar davam etdirilir. Proqnozlara görə havanın temperaturu dəyişəcək, küləyin sürəti artacaq. Küləyin sürətindən asılı olaraq, hava şəraiti imkan verdiyi müddətədək itkin düşmüş 26 işçinin axtarışları davam etdiriləcək və sonuncu işçi tapılana kimi bu axtarışlar aparılacaq”.

Strateq.az xəbər verir ki, bunu bü gün saat 20.00-da keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. 

SOCAR rəsmisi bildirib ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir: “özüldə elektrik enerjisinin və rabitənin bərpası ilə bağlı bu gün müəyyən addımlar atılıb”.