XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2017 - 13:56

Səyyar “ASAN qatar”Siyəzəndə

Səyyar “ASAN qatar”ın növbəti dayanacağı Siyəzən şəhəri ərazisindəki Qızılburun Dəmiryol Stansiyasıdır.

Az'rtac xəbər verir ki, iyulun 24-dən etibarən Siyəzənlə yanaşı, digər şimal rayonlarının, eləcə də Sumqayıt və Abşeron sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN qatar” xidmətindən yararlanmaq imkanı qazanıblar.

Xidmətlər 4 dövlət orqanı – Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.

Vətəndaşlar 15 gün ərzində notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və başqa xidmətlərdən faydalan bilərlər.

Bu, səyyar “ASAN qatar”ın şimal bölgəsinə ikinci səfəridir. Üç gün ərzində səyyar qrupa 200-dən artıq müraciət qeydə alınıb.

Səyyar qrupun nümayəndəsi Heydər Quluzadə bildirib ki, dövlətimizin başçısının tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası həyata keçirilir. Səyyar “ASAN qatar”lar ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur.

Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla, 4 vaqondan ibarətdir. “ASAN qatar”a üz tutanlar əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları, eləcə də digər xidmətlərlə yanaşı, “ASAN laboratoriya”da qan analizləri üçün müraciət edirlər. Qatara yaxınlaşan vətəndaş dinlənilir və aidiyyəti üzrə xidmət vaqonunda müraciəti təmin olunur.

Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar avqustun 7-dək Siyəzən şəhəri, Məhəmməd Hüseyn Şəhriyar küçəsində yerləşən Qızılburun Dəmiryol Stansiyasında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.