İran Rusiyadan “T-90” tankları almaq niyyətindədir.
APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda İranın Quru Qoşunları komandanı, briqada generalı Əhməd Rza Pürdastan bildirib.
“Bizim Rusiya ilə hərbi-texniki sahədə münasibətlərimiz möhkəmlənib. Rusiyanın “T-90″ tanklarının alınması məsələsi gündəmdədir. ümid edirik ki, müvafiq kontraktlar imzalanacaq və bizim mütəxəssislər bu müasir texnikanın istismar təcrübəsini mənimsəmək üçün Rusiyaya yollanacaqlar”, – deyə general Əhməd Rza Pürdastan bildirib.