XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2017 - 19:39

Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşlarıqəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 1-də saat 11:00-da Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Azərtac-a bildiriblər ki, S.Rəhman adına Şəki Dövlət Dram Teatrında (M.Ə.Rəsulzadə prospekti, 174) keçiriləcək qəbulda Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt – 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.