XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 00:24

Venesuelada iğtişaşlar səngimir –Toqquşmalarda daha bir nəfər həyatını itirib

Venesuelada iğtişaşlar nəticəsində daha bir nəfər həyatını itirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, beləliklə aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 101 nəfərə çatıb.

Məlumata əsasən, 30 yaşlı Rafael Antonio Varqas Merida ştatında etirazçılarla polis arasında baş verən toqquşma zamanı dünyasını dəyişib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.