Paytaxta yağan yağış nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Şəhərin Heydər Əliyev və Ziya Bünyadov prospektlərində (Dərnəgül yolu) birtərəfli istiqamətdə tıxaclar yaranıb.
Həmçinin Nobel prospektində, Yusif Səfərov küçəsində də sıxlıq müşahidə olunub. Artıq yağmurlu hava şəraiti ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.
Eyni zamanda Zığ dairəsi – Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 km/saatdan 60 km/saata qədər azaldılıb(Axar.az).