XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 12:08

Gürcüstanın baş naziri:"ABŞ-ın vitse-prezidenti Gürcüstana səfər edəcək"

ABŞ-ın vitse-prezidenti Mayk Pens iyulun 31-də Gürcüstana səfər edəcək.

Bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu səfər ABŞ-ın Gürcüstana vacib dəstəyinin göstəricisidir.

“Mayk Pens iyulun 31-dən avqustun 1-dək Gürcüstanda səfərdə olacaq. Bu səfər ABŞ-ın Gürcüstanı dəstəkləməsinin vacib sübutudur. Hesab edirəm ki, bizim qısa vaxt ərzində ABŞ-ın yeni administrasiyası ilə olduqca sıx münasibətlərimiz qurulub və bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizin inkişafı üçün çox önəmlidir”, – deyə Kvirikaşvili vurğulayıb.

APA