“”Günəşli” dəniz yatağında baş vermiş yanğın nəticəsində çoxsaylı insanların tələfatı məni dərindən sarsıtdı”.
Strateq.az xəbər verir ki, bunu Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Xəzərdə baş verən faciəli hadisə ilə bağlı yaydığı başsağlığı məktubundan bildirib.
Lalə xanım həlak olan insanların yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara Allahdan şəfa diləyib: “Allah həlak olanlara rəhmət eləsin, onların yaxınlarına və bu yanğından zərərçəkənlərə səbr versin!”