XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 14:30

Ermənistanda etiraz aksiyası –Sakinlər qızıl mədəninə gedən yolu bağlayıb

Emənistanın Lori bölgəsinin Ardvi kəndinin sakinləri qızıl mədəninin istismarına etiraz olaraq aksiya keçiriblər.

“Report” “Radio Azatutyun”a istinadən xəbər verir ki, aksiya iştirakçıları qızıl mədəni yerləşən kəndə gedən yolu bağlayıblar.

Bu mədənin istismarı ilə bağlı ictimai müzakirə planlaşdırılıbmış. Aksiya iştirakçıları müzakirənin aparılmasına yol verməyəcəklərini bildiriblər.

Etirazçılar ekoloqlar, parlamentdəki müxalifət təmsilçiləri, Ermənistan Ətraf Mühitin Mühafizəsi Nazirliyinin əməkdaşlarının qızıl yatağı olan Ardvi kəndinə daxil olmasına imkan verməyiblər. Onlar yolun açılması ilə bağlı polisin tələblərinə də əməl etməyiblər.