XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 15:08

Rezidenturaya boş qalan yerlərə qəbul başladı –DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanlarinda iştirak edən və müsabiqə şərtini ödəyən namizədlərə müraciət edib.

Strateq.az DİM-ə istinadən xəbər verir ki,  2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyul saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

Qeyd edək ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.