XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2015 - 08:48

Milli Məclisin növbəti iclasının vaxtı – məlum oldu

meclis yeni.jpg

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu “Report”a açıqlamasında bildirib ki, dekabrın 18-də keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 41 məsələ daxil edilib.

Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərin bir neçəsi hökumətlərarası sazişlərin və müəyyən sənədlərin təsdiqi ilə bağlıdır: “Eyni zamanda, iclasda “Notariat haqqında”, “Sərhəd Qoşunları haqqında”, “Dövlət rüsumu haqqında”, qanunlara, eləcə də Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi müzakirə olunacaq”.

A.Təvəkküloğlu qeyd edib ki, bundan başqa yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsi və “Kənd təsərrüfatı koorperasiyası haqqında” qanun layihəsi deputatların müzakirəsinə təqdim olunacaq. Həmçinin “Publik hüquqi şəxslər haqqında” qanun layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.